"Beşiktaş"ın yeni baş məşqçisi məlumdur
“Beşiktaş” komandanın sükanını təcrübəli mütəxəssis Rıza Çalımbaya həvalə etmək niyyətindədir.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, İstanbul nəhənginin Şenol Günəşin istefasından sonra yeni məşqçi axtarışı çox uzun çəkməyib.
"Qara qartal"ın Rza Çalımbayla şəxsi razılıq əldə etdiyi bildirilir.
Qeyd edək ki, Şenol Günəş ötən gecə “Luqano”ya 2-3 hesablı məğlubiyyətdən sonra komandadan ayrılıb.