"Beşiktaş"ın yeni hədəfi

"Beşiktaş" heyəti gücləndirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, istanbullular bu məqsədlə Portuqaliyaya üz tutublar.

Söhbət "Portu"nun yarımmüdafiəçisi Marko Qruiçdən gedir.

Bu haqda jurnalist Yağız Cabuncoğlu X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə tərəflər bu gün danışıqlara başlayıblar.

Qeyd edək ki, Qruiç Belqradın "Srvena Zvezda" klubunun yetirməsidir.