“Beşiktaş”ın yeni transferi komanda ilə ilk məşqinə çıxıb

"Beşiktaş"ın yeni transferi komanda ilə ilk məşqinə çıxıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qara-qartallad"ın Polşa klubundan transfer etdiyi Ernest Muci komandanın təlim məşq toplanışına qatılıb.

Türkiyə mediası futbolçunun lisenziya almasında çətinlik çəkdiyini və ilk oyunda əsas heyətə buraxılmama riskinin olduğunu bildirib.

Qeyd edək ki, 22 yaşlı futbolçu bu mövsüm çıxdığı 34 oyunda 9 qol, 2 asistlə yadda qalıb.