"Beşiktaş"ın zədəlilərinin son durumu
Türkiyə Super Liqasında çempionluğu hədəfləyən "Beşiktaş"da zədəlilərin durumuna aydınlıq gətirilib.
Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, İstanbul nəhənginin zədəli futbolçuları sıraya dönməkdədirlər.
Qazaxıstan millisinin üzvü Bahtiyor Zaynutdinov da məşqlərə qatılıb.
"Başakşəhər"lə oyunda üzündən ağır xəsarət alan futbolçunun "Samsunspor"la qarşılaşmada meydana çıxacağı gözlənilir.
Əzəlisində problem aşkarlanan Jan Onananın isə azı 10 gün yaşıl meydanlardan kənarda qalacağı bildirilir.