Bobbi Çarltonun ölüm səbəbi
Əfsanəvi futbolçu Bobbi Çarltonun ölüm səbəbi müəyyənləşib.
Sportline.az BBC-yə istinadla xəbər verir ki, mərhum pəncərə kənarına yıxılaraq ölüb. Onun ölümü ilə bağlı araşdırma zamanı məlum olub ki, demensiya xəstələrinə qulluq edilən Knutsford baxım evində stula çıxarkən müvazinətini itirən Bobbi pəncərə kənarına və radiatora dəyərək ölüb.
Əvvəlcə onun cəsədinəd məmurlar heç bir gözə çarpan xəsarət tapmayıblar. Həkimlər daha sonra Çarltonun kürəyində şiş olduğunu görüb araşdırma başladıblar.
Çarlton İngiltərə millisi ilə 1966-cı ildə dünya çempionu olub.