Bojoviç Rusiya-Serbiya yoldaşlıq oyununa münasibətini bildirib
“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Rusiya və Serbiya seçmələri arasında yoldaşlıq oyununun keçirilməsindən danışıb.
Sportline.az xəbər verir ki, onun fikrincə, UEFA-nın belə bir matça razılıq verməsi digər ölkələr üçün Rusiya futbolu ilə yaxınlaşmaq adına müsbət siqnaldır.
Metaratings.ru saytına verilən müsahibədə mütəxəssis oyunla bağlı bu fikirləri səsləndirib:”Serbiya-Rusiya matçı mənim üçün ən yaxşı xəbərdir.Belə bir fürsət olarsa Rusiyaya gəlib yoldaşlıq oyununu izləməyə hazıram. Əgər Uefa Avropa ölkəsi ilə oyuna icazə veribsə, deməli Rusiya futbolu haqda müsbət fikirdədir. Bu hadisə digər ölkələr üçün də bir siqnaldır. Hazırda ən əsəs məsələ Rusiya idmanının beynəxalq arenalara qayıtmasıdır. İdman ölkələri bölməli deyil, birləşdirməlidir”.
Xatırladaq ki, bir sıra ölkələr Ukrayna ilə müharibəni əsas gətirərək millilərinə Rusiya və Belar komandaları ilə əlaqə saxlamağı qadağan edib.