"Bolonya" "Qalatasaray"dan 28 milyon avro tələb edib
"Bolonya" kolumbiyalı futbolçusu Con Lukumi üçün "Qalatasaray"dan 28 milyon avro tələb edib.
Sportline.az xəbər verir ki, bu haqda "Milliyet" qəzeti məlumat yayıb.
İstanbul nəhəngi bu keçid üçün 10 milyon avro təklif etsə də, qarşı tərəf qəbul etməyib.
Qeyd edək ki, Lukumi bu mövsüm meydana çıxdığı 44 matçda 1 qol 1 asistlə yadda qalıb.