"Borussiya" ilə PSJ meydana belə çıxacaq

BU gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulur.

Sportline.az xəbər verir ki, son turun maraqlı görüşlərindən birində PSJ "Borussiya"nın qonaqğı olacaq.

F qrupunda  mübarizə aparan parislilər ötən tur növbəti mərhələyə vəsiqəni təmin edən ev sahibinə mütləq qalib gəlməlidirlər.

Aktivində 7 xalı olan PSJ yalnız bu halda Çempionlar Liqasında yoluna davam edə bilər. 

Rəqiblərin heytəində zədəli futbolçular var. Meydan sahiblərindən Emre Can, Duranvilli, Tomas Mönye, Mori, Mukoko, Nmça, Yerson zədə üzündən komandasına kömək edə bilməyəcək.

Qonaqlarda isə zədəli Dembele, Kimpembe, Nuno Mendes, Serxio Riko, Fabian Ruiz oyunu buraxmalı olacaq.

Komandalar indiyədək ümmilikdə 5 dəfə qarşılaşıblar. Bunlardan 2-də PSJ, 1-də isə "Borrusiya" qələbə qazanıb. 2 dəfə isə heç-heçə qeydə alınıb.