"Milan"nın futbolçusu "Fənərbağça"da
Türkiyənin "Fənərbağça" klubu "Milan"la 30 yaşlı futbolçu Rade Kruniçin transferi ilə bağlı razılıq əldə edib.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, İtaliya klubu Kruniçə müqaviləni uzatmağı təklif etsə də futbolçu qəbul etməyib və "Fənərbağça" ilə şəxsi razılıq əldə etdiyini bildirib.
Bosniya və Hersoqovinalı futbolçunun yanvar ayından etibarən "Fənərbağça"nın şərəfini qoruyacağı gözlənilir.
Qeyd edək ki, Rade Kruniç "Fənərbağça"da oynamaq istədiyini və Türkiyə Premyer liqasında daha çox dəyər görəcəyinə inandığını bildirib.