“Braqa”dan “Beşiktaş”a
Qış trasnfer pəncərəsinin son günündə “Beşiktaş” daha bir transferini açıqlayıb.
Sportline.az saytının məlumatına görə,Türkiyə klubu “Braqa”da liviyalı yarımmüdafiəçi Əl Musrati ilə razılıq əldə edib.Oyunçu müqavilə imzalamaq üçün bugün İstanbula gələcək.Transfer icarə əsasında baş tutacaq.
Qeyd edək ki, transfer dəyəri 16 milyon avro olan Əl-Musrati Portuqaliya klubu ilə çıxdığı 151 oyunda 15 qol ,8 asist ilə yadda qalıb.Futbolçunun “Braqa” ilə 2026-cı ilə qədər müqaviləsi var.