"Braqantino" rəsmisi xəbərləri yalanladı
"Braqantino" rəsmiləri adı "Qalatasaray"la hallan Leo Ortizin transfer xəbərlərinin gerçək olmadığını bildiriblər
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, Braziliyalı 27 yaşlı yarımmüdafiəçi Leo Ortiz "Braqantino" klubunda xoşbəxt olduğunu və başqa komandalardan təklif gəlmədiyini bildirib.
Klub rəsmiləri isə media qarşısına çıxaraq futbolçunu satmaq fikirlərinin olmadığını və yayılan xəbərlərin gerçək olmadığı deyiblər.
Qeyd edək ki, Leo Ortiz bu mövsüm "Braqntino" forması ilə çıxdığı 21 oyunda 2 qolla yadda qalıb.