"Brayton" ona güvəndi

Premyer Liqa klubu "Brayton" qapıçısı ilə müqavilənin müddətini uzadıb.

Sportline.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, qapıçı Ceyson Stil 2026-cı ilin yayına kimi komandasının şərəfini qoruyacaq. 

Qeyd edək ki, Stil 2015-ci ildən "Brayton"da mübarizə aparır. Qolkiper cari mövsümdə 9 oyuna çıxıb və 17 qol buraxıb.