“Brayton”un futbolçusu gələn yay klubdan ayrılacaq
"Brayton"un niderlandlı futbolçusu Yan Paul van Heçke gələn yay klubdan ayrılacaq.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı stopperlə "Liverpul", "Tottenhem" və "Nyukasl Yunayted" klubları yaxından maraqlanır.
Van Heçke "Brayton"dan ayrılmaq fikrində qətidir.
Qeyd edək ki, sözü gedən futbolçunun klubla sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.