Braziliya A seriyasında tarixi hadsiə qeydə alınıb

Braziliya A seriyasında çıxış edən "Santos" klubu 111 ildən sonra ilk dəfə alt liqaya düşüb.

Sportline.az Sporx.com.tr-yə istinadla xəbər verir ki, "ağ-qaralar"  doğma meydanda "Forteleza"ya 1-2 hesabı ilə məğlub olaraq 43 xalla autsayderlər qrupunda yer alıblar. 

111 ildir ki, A seriyasında mübarizə aparan "Santos" klubu növbəti mövsümdə Seriya B-də çıxış edəcək.

Qeyd edək ki, məğlubiyyətin ardından klubun baş məşqçisi Faria Fernandes istefasını verib.