Braziliya - Argentina matçında baş verənlərdən sonra iş açıldı

FIFA Braziliya - Argentina matçında yaranan insidentdən sonra intizam işi açıb.

Sportline.az FIFA-nın bəyanatına istinadən xəbər verir ki, ali futbol qurumu hər iki ölkənin futbol federasiyasını bu hadisələrdə ittiham edir.

Hüquq-mühafizə orqanları zorakılıq edən azarkeşləri şiddət tətbiq edərək sakitləşdirməli olublar. Hətta dəyənəklərdən istifadə olunub. Polis tərəfindən yaralananlar xərəkdə stadiondan aparılıb. Ən azı bir tamaşaçı kəllə-beyin travması alıb.