Braziliya klubu "Arsenal"ın futbolçusunu icarə əsasında trasnfer edib
Braziliya klubu "Arsenal"ın 20 yaşlı futbolçusu ilə şəxsi razılıq əldə edib.
Sportline.az xəbər verir ki, "Fulminensi" klubu "topçuların" 20 yaşlı braziliyalı cinah hücumçusu Markinyos ilə danışıqları yekunlaşdırıb.
Markinyos sağlamlıq yoxlaşından keçib. "Fulminensi" futbolçunu icarə əsasında heyətinə qatıb.
Qeyd edək ki, Markinyos bu mövsüm "Arsenal" forması ilə cəmi 7 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.