Braziliya mövqeyini itirdi

FİFA milli komandaların yeni reytinqini açıqlayıb.

Sportline.az xəbər verir ki, yeni siyahıda diqqət çəkən əsas məqam Braziliya seçməsinin adı ilə bağlıdır.

Pentakampeonlar 3-cü pillədəki mövqelərini itiriək 5-ci yerə yuvarlanıblar.

Onları həmin mövqedə artıq İngiltərə millisi əvəz edir.

Fransa komandası ikinci yerdə qərarlaşıb.

Siyahının lideri isə əvvəlki kimi Argentina kollektividir.