Braziliyada kubok oyunu sonrası 6 futbolçu yaralanıb

Braziliyada kubok oyunu sonrası 6 futbolçu yaralanıb.

Sportline.az xəbər verir ki, "Resifi" və "Fortalazi" klubları arasında keçirilən görüş 1-1 hesabı ilə başa çatdıqdan sonra meydan sahibi komandanın avtobusuna bomablı sui-qəsd olunub.

Meydan sahibi komandanın 6 futbolçusu ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Komanda rəsmiləri futbolçuların vəziyyətinin çox ağır olduğunu bildiriblər. Məsələ ilə bağlı araşdırma başlanıb və bomab ilə hücum edən şəxslərin kimliyi hələ də naməlum olaraq qalır. 

Qeyd edək ki, klub uzun müddət yaşıl meydanlara çıxmayacağı ilə bağlı məlumat paylaşıb.