Braziliyalı futbolçu keçmiş klubuna qayıdır
Braziliyalı hücumçu yenidən Türkiyə klubuna qayıda bilər.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəssr" klubunda çıxış edən Anderson Talisça komandadan ayrılmaq qərarına gəlib.
Türkiyə mediası təcrübəli futbolçunun yenidən "Beşiktaş"a qayıdacağı ilə bağlı məlumat yayıb.
Qeyd edək ki, Anderson Talisça uzun müddətdir ki, "Əl-Nəssr" klubundan ayırlmaq istəyir.