Braziliyalı futbolçu komandası ilə yeni müqavilə imzalayıb

Braziliyalı ulduz futbolçu çıxış etdiyi klub ilə yeni müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, "Atletiko Minero" klubunda çıxış edən 37 yaşlı hücumçu Halk 2026-cı ilədək komandanın şərəfini qoruyacaq.

Klubun rəsmi saytı paylaşımda :"Hekayə davam edir. Qəhramanımız hələ də bizimlə olacaq",-deyib.

Qeyd edək ki, Halk 2021-ci ildə Çinin "Şangai Port" klubundan transfer olunmuşdu.