Braziliyalı ulduz "Qalatasaray"a təklif olunub
"Qalatasaray" transfer pəncərəsinin bağlanmasına sayılı günlər qalmış heyəti gücləndirmək istiqamətində çalışmaları davam etdirir.
Sportline.az "Fanatik"ə istinadla xəbər verir ki, İstanbul klubuna keçidi gözlənilən futbolçulardan biri də Bitellodur.
Bu haqda Braziliyanın Qauço radiosunda məlumat yayıldığı bildirilir.
23 yaşlı yarımmüdafiəçi həmçinin, Moskva "Dinamo"sunun da maraq dairəsindədir.