Bu gün Çempionlar Liqasında görünməmiş hadisə yaşanacaq
Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, belə görüşlərdən birində Kiyev "Dinamo"su ilə "Partizan" münasibətləri aydınlaşdıracaq.
Ukrayna təmsilçisi Serbiya komandası ilə oyunqabağı birgə tədbirlərə qatılmayıb.
Bu haqda "Dinamo"nun baş məşqçisi Aleksandr Şovkovski mətbuat konfransında məlumat verib.
Çalışdırıcı bunu Belqrad klubunun Moskvada keçirilən "Qardaşlıq kuboku" turnirinə qatılması ilə əlaqələndirib.
"Dinamoçular" bu səbəbdən rəqiblə oyunqabağı salamlaşmadan da imtina ediblər.
Qeyd edək ki, "Dinamo" - "Partizan" matçı bu gün Polşanın "Arena Lüblin" stadionunda keçiriləcək.