Bu gün "Qızıl top" sahibini tapacaq
Bu gün futbolsevərlərin sualına aydınlıq gələcək.ğ
Sprotline.az xəbər verir ki, "Qızıl top" mükafatı bu gün öz sahibi tapacaq.
Parisdə mükafatın təqdimetmə mərasimi keçiriləcək. Tədbir "Şatele" teatrında olacaq.
"France Football" jurnalının təqdim etdiyi "Qızıl top" mükafatının rəsmi təqdimat mərasimi Bakı vaxtı ilə təxminən saat 23:45-də başlanacaq.
"Qızıl top"a əsas namizədlər Lionel Messi ("İnter Mayami", Argentina), Erlinq Haaland ("Mançester Siti", Norveç) və Kilian Mbappedir (PSJ, Fransa).
Qeyd edək ki, ötən il bu müklafatı Kərim Benzema qazanmışdı.