Buffon "davam" deyir

İtaliyanın “Yuventus” komandasının qapıçısı Canluici Buffon karyerasını başa vurmağa hazırlaşmır.

Sportline.az “Tuttosport”a istinadən xəbər verir ki, gələn il yanvarın 28-də 42 yaşı tamam olacaq qapıçı növbəti mövsümdə də Turin təmsilçisinin heyətində yer almaq istəyir.

Ötən mövsüm Fransa PSJ-sində çıxış etmiş Buffon 1 illik fasilədən sonra “Yuventus”a dönsə də, əsas heyətə düşə bilmir. Lakin təcrübəli qapıçı Voytsex Şensnının əvəzləyicisi olmasını özü üçün problem hesab etmədiyini bildirib.

Qeyd edək ki, Canluici Buffon 2001-ci ildə “Yuventus”a “Parma”dan keçib.