Bundesliqa klubu Barış Alper üçün "Qalatasaray"a rəsmi təklif göndərib

Bundesliqa klublarından"Leptziq" "Qalatasaray"ın türkiyəli futbolçusu Barış Alperi heyətinə qatmaq istəyir.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, "Leptziq" 23 yaşlı hücumçu üçün "Cim-bom"a 23 milyon avro təklif edib. 

2021-ci ildə "Keçiörəngücü" klubundan "Qalatasaray"a 2 milyon avro qarşılığında keçən Barış Alper bu mövsüm parlaq çıxışı ilə diqqət çəkir.

Barış cari mövsüm çıxdığı 36 oyunda 6 qol vurub, 7 asist edib.

"Qalatasaray"la 2027-ci ilə qədər müqaviləsi olan futbolçu sağ və sol vinqer mövqeyində çıxış edir.

Qeyd edək ki, Barış Alper Türkiyənin AVRO 2024 heyətinə daxil edilib.