Okan Burukdan iddialı açıqlama
"Qalatasaray" sabah UEFA Çempionlar Liqasının qrup mərhələsində növbəti matça çıxacaq.
Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, komandanın baş məşqçisi Okan Buruk "Mançester Yunayted"lə oyuna qələbə üçün yollanacaqlarını bildirib.
"Ankaragücü" 2- hesablı məğlubiyyətə uğratmaqla Super Liqada quğurlu seriyanı davam etdirən "Qalatasaray"ın çalışdırıcısı İngiltərə səfərində də fanatlarına qələbə vəd edib.
“Bizim için çətin oyun olacaq. Amma, hər qarşılaşmaya qələbə üçün çıxırıq. Meydanda bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik”, - deyə Okan Buruk bildirib.
Qeyd edək ki, "Mançester Yunayted" - "Qalatasaray" matçı sabah Bakı vaxtı ilə 23:00-da başlanacaq.