“Bütün varlığımızla hiss edirik ki bu il çempion olacağıq”

“Qalatasaray”ın vitse-prezidenti Erden Timur komandanın məşqi öncəsi açıqlamalar verib.

Sportline.az xəbər verir ki, Super Liqada çempionluqdan başqa bir hədəflərinin olmadığını bildirən Timur “Tək hədəfimiz çempion olmaqdır. Bu il çempion olacağımızı bütün varlığımızla hiss edirik. Bu hiss bizim sümüklərimizə qədər işləyib. Artıq çempionluq məşəli alovlanıb”, - deyə düşüncəsini bölüşüb.

May ayındakı seçimlərlə bağlı da fikirlərini bildirən Erden Timur “May ayı bizim üçün seçim yox çempionluq ayıdır”, - deyib.