Caner Erkin Türkiyə nəhənginə transfer oluna bilər

“Qalatasaray” qış transfer pəncərəsində xarici futbolçu limiti ilə əlaqədar olaraq komandaya türkiyəli futbolçu Caner Erkini cəlb etmək istəyir.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, “sarı-qırmızılar” Tanquy Ndombele və Anxelinyonun performansından narazı olduğu üçün yeni oyunçular transfer etmək qərarına gəliblər.

Futbolçu ilə şəxsi razılıq əldə olunsa onunla 1+1 illik müqavilə imzalana bilər.

Qeyd edək ki, Caner Erkin hazırda Arda Turanın baş məşqçilik etdiyi “Eyyüpspor” klubunun formasını geyinir.

35 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 11 oyunda 5 qol 4 asistlə yadda qalıb.