"Cəbrayıl"da yeni baş məşqçi

1-ci Liqa təmsilçisi "Cəbrayıl"a yeni baş məşqçi təyin olunub.

Sportline.az xəbər verir ki, bu komandanı Elman Sultanov çalışdıracaq. 

Son olaraq "Difai"də işləyən Sultanov artıq yeni komandada fəaliyyətə başlayıb.  

"Cəbrayıl"ı ötən mövsüm "Araz-Naxçıvanın" hazırkı baş məşqçisi Cavid Hüseynov meydana çıxarırdı. 

Qeyd edək ki, "Cəbrayıl" son mövsümü 8-ci pillədə başa vurub.

Banner