Cengiz Ünderin son durumu

"Fənərbağça"nın ulduz futbolçusu Cengiz Ünder pərəstişkarlarını sevindirməyə hazırlaşır.

Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, sentyabrın 17-də "Antalyaspor"la oyunda zədələnən hücumçunun sıraya dönüşü gözlənilir.

Son günlər komanda ilə birgə məşq edən futbolçu "Hatayspor"la oyunda meydana çıxa bilər.

Qeyd edək ki, Türkiyə millisinin üzvü avqust ayında "Marsel"dən transfer olunmuşdu.

Banner