Cənubi Koreya millisi baş məşqçi ilə yolları ayırıb
Asiya kubokunun mənfi təsirləri davam edir.
Sportline.az Yonhap nəşrinə istinadən xəbər verir ki,Cənubi Koreya millisi Asiya Kubokundakı uğursuz çıxışdan sonra baş məşqçi Yurqen Klinsmanı istefaya göndərib.
Koreya Futbol Assosiasiyasının rəhbərliyi 59 yaşlı alman mütəxəssisin milli komandadakı göstərdiyi nəticəsini qeyri-qənaətbaxş hesba etdikləri üçün yolları ayrımaq qərarına gəliblər.Cənubi Koreya yarımfinalda İordaniyaya (2-0) məğlub olaraq mübarizəni dayandırmışdı.
Qeyd edək ki,Klinsman 2023-cü ildən komandaya rəhbərlik edirdi.