Ceydon Sanço keçmiş klubuna qayıdır

"Mançester Yunayted"in gənc ulduzu Ceydon Sanço "Barussiya Dortmund"a qayıda bilər.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Çempionlar Liqasında istənilən nəticəni ala bilməyən "qırmızı-şeytanlar" heyətdə dəyişiklik etmək qərarına gəliblər. 

Erik Ten Haq Ceydon Sançonun əvəzinə "Barussiya Dortmund"un futbolçusu Danyel Maleni transfer etmək istəyib. "Mançester Yunayted" rəhbərliyinin futbolçuları əvəz etməklə bağlı danışıqlara başladığı bildirilib. 

Qeyd edək ki, "Barussiya Dortmund" rəhbəliyi Ceydon Sançonu yenidən komandaya qaytarmaq üçün danışıqlar masasına əyləşib.