Ceydon Sanço “Mançester Yunayted”dən ayrılır

 “Mançester Yunayted”in gənc ulduzu komandadan ayrılmaq istədiyini bildirib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, ingiltərəli futbolçu karyerasını İtaliya A seriyasında davam etdirə bilər.

İtaliya nəhəngi “Yuventus” 23 yaşlı sol cinah hücumçusu üçün rəsmi təklif göndərməyə hazırlaşır.

“Mançester Yunayted” rəhbərliyi isə Ceydon Sançonun Erik Ten Haqdan üzr istəmədiyi müddətdə transferinə icazə verilməyəcəyi bildirib.