Ceyms Harden yeni klubunda bu tarixdə debüt edəcək
Məşhur basketbolçu Ceyms Hardendən yeni xəbər var.
Sportline.az ABŞ mətbuatına istinadla xəbər verir ki, yenicə "Los-Anceles Klippers"ə keçən Hardenin yeni klubunda debüt tarixi müəyyənləşib. Təcrübəli basketbolçu noyabrın 6-da "Nyu-York Niks"lə oyunda meydançada olacaq.
Qeyd edək ki, Harden "Klippers"ə ötən gün keçib.