Çağlar Söyüncü ilə bağlı qərar verildi

Madrid "Atletiko"su "Fənərbağça"ya icarəyə verdiyi Çağlar Söyüncü ilə bağlı qərar gəlib.

Sportline.az xəbər verir ki, madridlilər futbolçu ilə yolları ayırmağı üstün tutublar.

"Cadena SER"in yaydığı məlumata görə, paytaxt klubu bu qərarı heyəti gəncləşdirmək planı əsasında qəbul edib.

Madridlilərin satışa çıxardığı futbolçular sırasında həmçinin Alvaro Morata, Joao Feliks, Memphis Depay, Saul Niguez, Stefan Savic, Mario Hermoso, Qabriel Paulista, Xavi Qalan və Tomas Lemar da var.

Qeyd edək ki, Türkiyə millisinin üzvü mövsümün əvvəlində azad agent statusunda "Atletiko"ya keçmişdi.