Çağlar Söyüncü karyerasını Türkiyədə davam etdirə bilər
“Atletiko Madrid”in futbolçusu “Beşiktaş”a transfer ola bilər.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, türkiyəli müdafiəçi Dieqo Simyonenin istədiyi perfomransı vermədiyi üçün komandadan ayrılacaq.
Türkiyə nəhəngi “Beşiktaş” təcrübəli futbolçunun transferində maraqlıdır.
Çağlar Söyüncünün qış transfer pəncərəsində “qara qartallar”a keçidi gözlənilir.
Qeyd edək ki, Çağlar Söyüncü bu mövsüm “Atletiko Madrid” forması ilə sadəcə 5 oyunda meydanda olub.