Çağlar Söyüncü komandadan ayrılır
"Atletiko Madrid"in bu mövsüm transfer etdiyi təcrübəli müdafiəçi Çağlar Söyüncü İspaniya klubundan ayrılmaq qərarına gəlib.
Sportline.az Sporx.com.tr-yə istinadla xəbər veri ki, türkiyəli futbolçu Avropa klublarından gələn təklifi dəyərləndirəcəyini bildirib. Türkiyə klublarından "Fənərbağça" və "Beşiktaş"ın da Çağlar Söyüncünü heyətinə qatmaq istəyir.
27 yaşlı müdafiəçi ilk olaraq Avropa klublarının təklifini dəyərləndirəcəyini deyib.
Qeyd edək ki, Çağlar Söyüncü bu mövsüm "Atletiko Madrid" forması ilə cəmi 5 oyunda meydana çıxıb.