"Çelsi" "Bavariya"nın təklifini geri çevirib
"Çelsi" klubu "Bavariya" klubunun təklifini geri çevirib.
Sportline.az xəbər verir ki, Almaniya klubu "zadəganlar"ın ukraynalı hücumçusu Mixaylo Mudrik üçün təklif göndərib.
"Çelsi" rəsmilrəi isə futbolçunun icarə əsasında keçidinə icazə verməyiblər.
Qeyd edək ki, 23 yaşlı hücumçu bu mövsüm çıxdığı 25 oyunda 4 qol, 3 asistlə yadda qalıb.