"Çelsi" braziliyalı ilə yolları ayıracaq
"Çelsi" braziliyalı müdafiəçi Tiaqo Silva ilə yolları ayırmaq qərarına gəlib.
Sportline.az Sporx.com-a istinadla xəbər veir ki, "zadəganlar" 39 yaşlı müdafiəçi ilə yeni müqavilə imzalamayacaqlarını bildiriblər.
Tiaqo Silva da karyerasını bitirmək barədə düşündüyünü və futbolla vidalaşmaq zamanı gəldiyini deyib.
Qeyd edək ki, Tiaqo Silva "Çelsi" forması ilə çıxdığı 145 matçda 8 qol, 7 asistlə yadda qalıb.