"Çelsi" və "Mançester Siti" transfer yarışına girib
"Barselona"nın futbolçusu Mark Kasado İngiltərə klublarının diqqət mərkəzindədir.
Sportline.az xəbər verir ki, "Çelsi" və "Mançester Siti" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir.
Bu haqda jurnalist Ekrem Konur məlumat yayıb.
Qeyd edək ki, M.Kasado dəyəri 18 milyon avrodur.