"Çelsi" yenidən toparlanacaq

"Çelsi"nin baş məşqçisi Maurisyo Poçettino komandasına güvəndiyini və yenidən dirçələcəklərini deyib.

Sportline.az Goal.com-a istinadla xəbər veri ki, təcrübəli mütəxəssis komandası haqqında danışarkən "Bu futboldur uda da bilərsən, uduza da. Zədəli oyunçularımız var. Onlar qayıtdıqdan sonra hər şey daha yaxşı olacaq. İndi isə növbəti oyun haqqında düşünməliyik",-deyib.

 "Zadəganlar" bu mövsüm çıxdığı 15 ounda 6 dəfə məğlubiyyətlə barışmalı olublar.

Qeyd edək ki, ötən gecə "Old Trafford"da keçirilən "Mançester Yuanyted" - "Çelsi" görüşü meydan sahiblərinin 2-1 hesablı qləbəsi ilə başa çatıb.