"Çelsi"də yeni təyinat
"Çelsi" klubunda yeni təyinat.
Sportline.az idman jurnalisiti Fabritsyo Romanonun paylaşımına istinadla xəbər verir ki, İngiltərə klubu Sem Ciuill ilə razılıq əldə edib.
Təcrübəli menecer komandada işə alma məsələlərində səlahiyyətli şəxs olacaq.
Qeyd edək ki, Sem Ciuill daha öncə "Brayton" klubunda çalışıb.