"Çelsi"nin 2 futbolçusu "Beşiktaş"da
"Beşiktaş"ın yeni prezidenti Hasan Arat klubu yenidən dirçəltmək üçün hərəkətə keçib.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, "qara-qartallar" "Çelsi"dən Noni Maduke və Malanq Sarrı transfer etmək qərarına gəlib.
İngiltərə klubunun oyunçuların keçidində roblem yaratmayacağı bildirilib. "Beşiktaş"ın prezidenti Hasan Arat bunun daha başlanğıc olduğunu və "PSJ"dən də lazımı futbolçuların transfer olunacağını deyib.
Qeyd edək ki, "Beşiktaş" 2 futbolçu üçün ümumilikdə 36 milyon avro ödəməli olacaq.