"Çelsi"nin futbolçusu zədələnib
"Çelsi"nin futbolçusu uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Sportline.az xəbər verir ki, "zadəganlar"ın baş məşqçisi Poçettino Kristofer Nkunkunun zədələi olduğunu bildirib.
Komandanın həkimləri isə futbolçunun ən az 1 ay yaşıl meydanlarda olmayacağını deyiblər.
Qeyd edək edək ki, bu mövsüm "Çelsi" forması ilə 20 oyuna çıxıb, 4 qolla yadda qalıb.