Çempionlar Liqası: Azarkeş ölümünə görə təxirə salınan oyunun vaxtı açıqlanıb

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının Yunanıstanda AEK-ə qarşı keçirəcəyi Çempionlar Liqasının III təsnifat mərhələsinin oyununun yeni tarixi açıqlanıb.

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeş ölümünə görə təxirə salınan qarşılaşma avqustun 18-i və ya 19-da Afinada təşkil olunacaq.

Digər görüş isə əvvəldən planlaşdırıldığı kimi, avqustun 15-də Zaqrebdə oynanılacaq.

Qeyd edək ki, bu günə planlaşdırılan AEK - "Dinamo" oyunundan öncə azarkeşlər arasında kütləvi dava düşüb. Nəticədə Yunanıstan klubunun fanatlarından biri öldürülüb. Bu səbəbdən UEFA qarşılaşmanı təxirə salıb.