Çempionlar Liqası: Bütün 1/8 finalçılar müəyyənləşdi

UEFA Çempionlar Liqasında qrup mərhələsi yekunlaşıb.

Sportline.az xəbər verir ki, son gündə E, F, G və H qruplarında VI turun görüşləri keçirilib.

Həmin qruplarda “Atletiko”, “Latsio”, “Borussiya” (Dortmund), “Mançester Siti”, “Leyptsiq” və “Barselona” 1/8 finala vəsiqəni öncədən təmin etmişdilər.

Son turun nəticələrinə görə “Portu” və PSJ də ÇL-də yoluna davam edəcək. 

UEFA Çempionlar Liqası

Qrup mərhələsi

VI tur

E qrupu

“Atletiko” (İspaniya) – “Latsio” (İtaliya) 2:0

“Seltik” (Şotlandiya) - “Feyenoord” (Niderland) 2:1

F qrupu

“Borussiya” (Dortmund, Almaniya) - PSJ (Fransa) 1:1

“Nyukasl” (İngiltərə) - “Milan” (İtaliya) 1:2

G qrupu

“Srvena Zvezda” (Serbiya) - “Mançester Siti” (İngiltərə) 2:3

“Leyptsiq” (Almaniya) - Yanq Boyz” (İsveçrə) 2:1

H qrupu

“Antverpen” (Belçika) - “Barselona” (İspaniya) 3:2

“Portu” (Portuqaliya) - “Şaxtyor” (Donetsk, Ukrayna) 5:3