Çempionlar Liqası: "Milan" "İnter"ə uduzdu

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Sportline.az xəbər verir ki, ikinci oyun günündə Milan derbisi keçirilib.

Şəhərin eyni adlı komandası əzəli rəqibi "İnter"i qəbul edib.  "San-Siro" stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü mayın 16-ı olacaq.

10 may

23:00. "Milan" - "İnter - 0:2

Qollar: Dzeko, 8, Mxitaryan, 11
"San Siro" stadionu

9 may

23:00. "Real" - "Mançester Siti"- 1:1

Qollar:  Vinisius Junior,  36 (1:0),  De Brüyne, 67  (1:1)