Çempionlar Liqası: "Qarabağ" "Rakuv"a uduzdu

"Qarabağ" bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi mərhələnin ilk matçında Polşa "Rakov"unun qonağı olub. "Miejski Stadion Piłkarski"də keçirilən görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 2-i olacaq və oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Əlavə edək ki, "Qarabağ" 2-ci raunda Polşa "Rakov"unu keçsə, 3-cü mərhələdə "Aris" (Kipr) - BATE (Belarus) cütünün qalibi  ilə qarşılaşacaq.

26 iyul

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun

22:15. "Rakov" (Polşa) - "Qarabağ"  - 3:2

Qollar: Elvin Cəfərquliyev, 56-avtoqol (1:0), Pyasetski, 71 (2:0), Redon Cica, 73 (2:1), 75 (2:2), Sonni Kittel, 90+1 (3:2)

Baş hakim:  Lukas Fendrix (İsveçrə)

Miejski Stadion Piłkarski" stadionu