Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibləri üz-üzə, Emrelinin komandası AEK-ə qarşı

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.

Sportline.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası Yunanıstanda AEK-in qonağı olacaq.

II raundda "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Rakuv" Polşada Kiprin "Aris" klubunu qəbul edəcək.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" isə Sloveniyada "Olimpiya" ilə qarşılaşacaq. Bu cütün məğlubu Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" - HİK (Finlandiya) duelinin güclüsünə rəqib olacaq.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
8 avqust

22:00. "Rakuv" (Polşa) - "Aris" (Kipr)

22:00. "Kopenhagen" (Danimarka) - "Sparta" (Çexiya)

22:30. PSV (Niderland) - "Şturm" (Avstriya)

22:45. AEK (Yunanıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)

22:45. "Klaksvik" (Farer adaları) - "Molde" (Norveç)

23:00. "Olimpiya" (Sloveniya) - "Qalatasaray" (Türkiyə)

23:00. "Braqa" (Portuqaliya) - "Baçka Topola" (Serbiya)

Qeyd edək ki, bu raundun digər 3 oyunu avqustun 9-da keçiriləcək.