Çempionlar Liqası tarixinin ən yaxşı oyunu açıqlandı
Məşhur FourFourTwo futbol portalı UEFA Çempionlar Liqası tarixinin ən yaxşı oyunlarının reytinqini açıqlayıb.
Sportline.az xəbər verir ki, 1991/1992 mövsümündən Çempionlar Liqası adlandırılan yarışın ən yaxşı görüşü 2005-ci ildə İstanbulda təşkil olunan final matçı olub.
Həmin oyun ümumilikdə futbol tarixinin də ən baxımlı tamaşalarından biri kimi qəbul edilir.
Siyahının ilk onluğunu təqdim edirik:
1. «Milan» - «Liverpul» (3:3, penalti seriyasında 2:3), mövsüm-2004/2005;
2. «Barselona» - «PSJ» (6:1), mövsüm-2016/2017;
3. «Mançester Yunayted» - «Bavariya» (2:1), mövsüm-1998/1999;
4. «Milan» - «Barselona» (4:0), mövsüm-1993/1994;
5. «Deportivo» - «Milan» (4:0), mövsüm-2003/2004;
6. «Monako» - «Real Madrid» (3:1), mövsüm-2003/2004;
7. «Yuventus» - «Mançester Yunayted» (2:3), mövsüm-1998/1999;
8. «Ayaks» - «Tottenhem» (2:3), mövsüm-2018/2019;
9. «Borussiya» Dortmund - «Malaqa» (3:2), mövsüm-2012/2013;
10. «Verder» - «Anderlext» (5:3), mövsüm-1993/1994.